Ana səhifəXəbərlər
Xəbərlər
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti brifinq keçirib
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti iki yaşı münasibətilə Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Ağalı” hotelində mətbuat nümayəndələri üçün brifinq keçirib. Tədbirdə çıxış edən Xidmətin İcraçı Direktoru Növrəs Cəfərov bildirib ki, 2 ildir ki, Xidmət, “Böyük Qayıdış” Dövlət Proqramına müvafiq olaraq, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa-quruculuq işləri ilə məşğuldur və keçmiş məcburi köçkünlərin dayanıqlı yaşayışını təmin edəcək yaşayış məskənlərində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini, eləcə də qeyri-yaşayış təyinatlı tikililərin inşasını təşkil edir. Xidmət, həmçinin mənzil-kommunal təsərrüfatlarının idarə edilməsi, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi, yaşıllığın mühafizə edilməsi, avtomobil yollarının idarə edilməsi, qorunması, onların vəziyyətinə nəzarət edilməsi ilə də məşğuldur. Xidmətin rəhbəri görülmüş işlərdən danışarkən bildirib ki, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin, şəhər mərkəzlərində yaşayış komplekslərinin layihələndirilməsi və inşası işləri davam edir.İcraçı Direktor Zəngilanda görülən işlərdən danışarkən bildirib ki, bu rayonun ərazisində Xidmətin 2 layihəsinin, Zəngilan Konqres Mərkəzinin və Ağalı Hotelinin açılışını cənab Prezident İlham Əliyev həyata keçirmişdir. Zəngilan şəhər Yaşayış kompleksinin - 104 mənzildən ibarət 2-3 mərtəbəli binaların tikintisi də bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Əlavə olaraq, 4-5 mərtəbəli yaşayış binalarının və inzibati binanın layihələndirilməsi yekunlaşdırılacaq və bu ilin sonlarında tikinti işlərinə start veriləcək. Növrəs Cəfərov deyib ki, Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 fərdi yaşayış evindən ibarət yaşayış məskəninin yenidənqurma işləri aparılır. Kənd ərazisində, parallel olaraq, məktəb, baxça, inzibati bina, tibb məntəqəsi, bazar kompleksinin inşası gedir. Burda həmçinin, Alıbəyli, Zəngilan kəndi, Mincivan qəsəbəsinin layihələndirmə işləri də aparılır.Xidmətin İcraçı Direktoru Qubadlı rayonunda həyata keçirilən layihələrdən danışarkən bildirib ki, hazırda bu rayon üzrə həm aktiv tikintisi icra edilən, həm də layihələndirmə mərhələsində olan bir neçə tikililər var. O, deyib ki, Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri yüksək templə həyata keçirilir. Qubadlının digər kəndi - Xanlıqda artıq şaquli planlama işlərinə başlanılıb. Muradxanlı, Hal, Həmzəli kəndlərində, həmçinin Qubadlı şəhər inzibati binasında, yaşayış kompleksində də layihələndirilmə işləri davam edir. Qubadlı şəhərindəki yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start verilcək.Növrəs Cəfərov bildirib ki, Cəbrayıl rayonu ərazisində də kifayət qədər çox işlər görülməkdədir.Vaxtilə öz kəhrizləri ilə məşhur olan Horovlu kəndinin ilkin mərhələsinin tikintisi bu ilin sonlarında yekunlaşacaq. Kəhrizlərin böyük əksəriyyəti isə artıq bərpa olunub. Cəbrayıl şəhərində İnzibati binanın, Xudafərin qəsəbəsi, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Soltanlı kəndlərinin layihələndirməsi davam etdirilir. Növrəs Cəfərov, həmçinin, Xidmətin cəmiyyətin inkişafına töhfə verən sosial yönümlü layihələrdən də bəhs edib. Onun sözlərinə görə, Xidmətlə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, Universitet tələbələri 3 aylıq təcrübə proqramına cəlb ediliblər. Tələbələr öz ixtisaslarına uyğun bilik və bacarıqlarını artırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə əyani tanış olurlar. Təcrübə proqramını uğurla bitirən tələbələrə tövsiyə məktubları təqdim edilir. Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2022-ci il, iyulun 21-də dövlət başçısının müvafiq fərmanı ilə yaradılıb.
Daha çox
AZMİU tələbələrinin təcrübə proqramı yekunlaşıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, Universitetin İnşaat mühəndisliyi, memarlıq və elektrik mühəndisliyi sahələri üzrə təhsil alan bir qrup tələbəsi Xidmətin Bərpa, yenidənqurma və layihələrin idarə edilməsi departamentində təcrübə proqramı yekunlaşıb.Proqram çərçivəsində tələbələrə“Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM)”, “Minalanmiş ərazilər və onların əlamətləri”, “ANAMA tərəfindən işğaldan azad edilmiş ərazilərdə aşkar edilərək zərərsizləşdirilmiş, xüsusi formaya salınmış minalar və digər partlayıcı qurğular”, SƏTƏMM üzrə “Giriş təlimatı”, “Yanğın təlimatı” mövzusunda təlimlər keçirilib. Qeyd edək ki, Cəbrayıl, Zəngilan rayonlarında Xidmətin ərazisindəki tikinti işlərində fəal iştirak edən və təkliflərlə çıxış edən tələbələrin uğurları diqqət çəkib.
Daha çox
AZMİU-nun pedoqoji heyəti Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) bir qrup müəllimi Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və quruculuq işləri ilə tanışlıq üçün əraziyə səfər ediblər. Pedaqoji heyət Cəbrayıl rayonunun Horovlu kəndindəki evlərin tikintisi, vaxtilə burda olan kəhrizlərin bərpası ilə bağlı məlumatlandırılıblar. Bu təhsil müəssisəsinin yetirməsi olan, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışan inşaat mütəxəssisləri ilə görüşərək fikir mübadiləsi aparıblar. Qonaqlar həmçinin Zəngilan rayonunun Ağalı kəndi, Ağalı Hoteli, Ağalı kəndində elektrik enerjisi istehsal edən “Arximed” qurğusu, Zəngilan şəhər məscidi və Zəngilan Konqres Mərkəzi ilə tanış olublar.Qeyd edək ki, bu səfər AzMİU və Xidmət arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Memoranduma əsasən, universitetin tələbələri də Xidmətdə təcrübə proqramında iştirak ediblər.
Daha çox
Cəbrayılın Cocuq Mərcanlı kəndində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri və "Oyuq" Uşaq Teatrı yetirmələri maraqlı proqramla çıxış ediblər.Teatrın repertuarındakı "Cırtdan" və "Qırmızıpapaq" tamaşalarından səhnəciklər, eləcə də istedadlı balaca ifaçıların təqdimatında vətənpərpərlik ruhlu nəğmələrlə yerli uşaqları, məktəbliləri və bağça yaşlı balacaları təbrik ediblər. Böyük coşqu ilə keçən bayram sonunda balaca dostlara hədiyyələr paylanılıb.
Daha çox
Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün karyera sərgisi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün karyera sərgisi keçirilib
Daha çox
Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verildi