Şərqi Zəngəzur İqtisadi
Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının
2024-cü ilin ilk növbəti onlayn formatda iclası keçirilib.
İclas Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi, eyni zamanda Xidmətin Müşahidə
Şurasının Sədri Vahid Hacıyevin sədrliyi ilə keçirilib.
Müşahidə Şurasının üzvlərinin
iştirakı ilə keçirilən iclasda Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərovun ötən bir il ərzində
Xidmət tərəfindən görülmüş işlərə dair məruzəsi dinlənilib.
Həmçinin, Xidmətin nəzarət və
idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafının artırılması məqsədilə
Daxili Audit Siyasətinin təsdiqi barədə müvafiq qərarlar qəbul olunub.