Zəngilan rayonunun Ağalı kəndində
8 noyabr - Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub. Bayram tədbirində
Ağalı kəndinin sakinləri, Zəngilan rayonunda fəaliyyət göstərən dövlət və özəl
qurumların nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları
iştirak ediblər.
Konsert proqramında incəsənət xadimlərinin təqdimatında qələbə əhval-ruhiyyəli musiqi bəstələri ifa olunub. Həmçinin, tədbirdə kənd sakinləri çıxış edərək bu böyük günü onlara yaşadan Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, igid Azərbaycan Ordusuna və şəhidlərimizə minnətdarlıq hissi bildiriblər.